Al-Baqarah surəsi, ayə 79

2:79

فَوَيۡلٞ لِّلَّذِينَ يَكۡتُبُونَ ٱلۡكِتَٰبَ بِأَيۡدِيهِمۡ ثُمَّ يَقُولُونَ هَٰذَا مِنۡ عِندِ ٱللَّهِ لِيَشۡتَرُواْ بِهِۦ ثَمَنٗا قَلِيلٗاۖ فَوَيۡلٞ لَّهُم مِّمَّا كَتَبَتۡ أَيۡدِيهِمۡ وَوَيۡلٞ لَّهُم مِّمَّا يَكۡسِبُونَ ٧٩

Fawaylul lilladhīna yaktubūnal-kitāba bi aydīhim thumma yaqūlūna hādhā min 'indillāhi liyashtarū bihī thamanan qalīlan fawaylul lahum mimmā katabat aydīhim wawaylul lahum mimmā yaksibūn

Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!”– deyirlər ki, bunun sayəsində bir az qazanc əldə etsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə də vay onların halına!

Təfsir

Haqqı və hidayət yolunu mal-dövlət və rəyasət kimi alçaq dünya malına dəyişməkdən ötrü öz əllərilə yazdıqları kitaba yalandan "Bu, Allah tərəfindəndir!" –deyən kimsələri həlak və şiddətli əzab gözləyir. Öz əllərilə Allah adından yalan yazdıqlarına görə onlara həlak və şiddətli əzab olsun! Bunun vasitəsi ilə qazandıqları mal-dövlət və rəyasətə görə onlara həlak və şiddətli əzab olsun!