Al-Baqarah surəsi, ayə 80

2:80

وَقَالُواْ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامٗا مَّعۡدُودَةٗۚ قُلۡ أَتَّخَذۡتُمۡ عِندَ ٱللَّهِ عَهۡدٗا فَلَن يُخۡلِفَ ٱللَّهُ عَهۡدَهُۥٓۖ أَمۡ تَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ٨٠

Waqālū lan tamassanan-nāru illā ayyāmam ma'dūdatan qul attakhadhtum 'indallāhi 'ahdan falan yukhlifallāhu 'ahdahū am taqūlūna 'alallāhi mā lā ta'lamūn

Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almısınız? (Bilin ki,) Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?!”

Təfsir

Yəhudilər yalandan və qürurlanaraq: "Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz və biz orada bir necə gündən artıq qalmarıq" –deyərlər. Ya Peyğəmbər! Onlara söylə: "Siz Allahdan buna görə möhkəm bir vəd almısınızmı? Əgər həqiqətəndə belədirsə Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa siz, yalandan Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?".