قَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوۡنُهَاۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ صَفۡرَآءُ فَاقِعٞ لَّوۡنُهَا تَسُرُّ ٱلنَّٰظِرِينَ ٦٩
Qālud'u lanā rabbaka yubayyil lanā mā lawnuhā qāla innahū yaqūlu innahā baqaratun safrā'u fāqi'ul lawnuhā tasurrun-nāzirīn
Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!” (Musa) dedi: “Allah buyurur ki, o, tünd sarı rəngli, həm də baxanların xoşuna gələn bir inəkdir”.
Təfsir
Onlar bu mübahisələrinə davam edərək Musaya (Aleyhis-salam) "Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!" - deyib işlərini bir az da çətinləşdirdilər. Musa isə cavabında onlara: "Allah onun tünd sarı rəngli və görənləri heyran edən bir inək olduğunu buyurur" –dedi.