إِنَّ ٱلَّذِينَ كَفَرُواْ سَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ ٦
Innal-ladhīna kafarū sawā'un 'alayhim a'andhartahum am lam tundhirhum lā yu'minūn
Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməzlər.
Təfsir
İman gətirməyəcəklərinə dair barələrində Allahın sözünün həqiqət olduğu kimsələr öz azğınlıqlarına və inadkarlıqlarına davam edirlər. Onları qorxutsan da, qorxutmasan da eynidir.