Al-Baqarah surəsi, ayə 7

2:7

خَتَمَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَعَلَىٰ سَمۡعِهِمۡۖ وَعَلَىٰٓ أَبۡصَٰرِهِمۡ غِشَٰوَةٞۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ ٧

Khatamallāhu 'alā qulūbihim wa'alā sam'ihim wa'alā absārihim ghishāwatun walahum 'adhābun 'azīm

Allah onların qəlblərini və qulaqlarını möhürləmişdir, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.

Təfsir

Onların qəlbləri xarab olduğu üçün Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Elə buna görə də onlar açıq-aydın haqqı eşitməz, görməz və qəbul etməzlər. Belə insanlar üçün axirətdə böyük bir əzab vardır.