أُوْلَٰٓئِكَ عَلَىٰ هُدٗى مِّن رَّبِّهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٥
Ulā'ika 'alā hudam mir rabbihim wa ulā'ika humul-muflihūn
Onlar öz Rəbbindən (gələn) doğru yol üzərindədirlər. Məhz onlar nicat tapanlardır.
Təfsir
Bu qisim insanlar, doğru yolda sabitqədəm olduqları üçün bu sifətlərlə vəsf olunublar. Belə insanlar ümüd etdiklərinə çatdıqları və qorxduqları şeylərdən isə əmin olduqları üçün, dünya və axirətdə nicat tapanlardır (xeyrə qovuşanlardır).