Al-Baqarah surəsi, ayə 32

2:32

قَالُواْ سُبۡحَٰنَكَ لَا عِلۡمَ لَنَآ إِلَّا مَا عَلَّمۡتَنَآۖ إِنَّكَ أَنتَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ ٣٢

Qālū subhānaka lā 'ilma lanā illā mā 'allamtanā innaka antal-'alīmul-hakīm

Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Hikmətlisən!”

Təfsir

Onlar öz naqisliklərini və Allahın fəzilət sahibi olduğunu etiraf edərək dedilər: "Ey Rəbbimiz! biz Sənin hökmlərinə və şəriətinə etirtaz etməkdən Səni uca tutur, Sənin bizə ruzi bəxş edib öyrətdiklərindən başqa heç bir şey bilmirik. Həqiqətən Sənə heç bir şey gizli qalmaz, hər şeyi bilən və qüdrətinlə təqdir etdiklərində və şəriətində hər bir şeyi öz yerinə qoyan hikmət sahibisən".