وَعَلَّمَ ءَادَمَ ٱلۡأَسۡمَآءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمۡ عَلَى ٱلۡمَلَٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِي بِأَسۡمَآءِ هَٰٓؤُلَآءِ إِن كُنتُمۡ صَٰدِقِينَ ٣١
Wa'allama ādamal-asmā'a kullahā thumma 'aradahum 'alal-malā'ikati faqāla ambi'ūnī bi asmā'i hā'ulā'i in kuntum sādiqīn
Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!”
Təfsir
Uca Allah, Adəmin -Aleyhissəlam- dərəcəsini mələklərə bəyan etmək üçün, canlı və cansız əşyaların adlarının hamısını, sözlərini və mənalarını ona öyrətdi. Sonra həmin şeyləri mələklərə ərz edərək: "Əgər siz, Allah yanında bu məxluqdan daha hörmətli və daha fəzilətli olduğunuzu iddia edirsinizsə, elə isə bunların adlarını Mənə xəbər verin!"- deyə buyurdu.