وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي جَاعِلٞ فِي ٱلۡأَرۡضِ خَلِيفَةٗۖ قَالُوٓاْ أَتَجۡعَلُ فِيهَا مَن يُفۡسِدُ فِيهَا وَيَسۡفِكُ ٱلدِّمَآءَ وَنَحۡنُ نُسَبِّحُ بِحَمۡدِكَ وَنُقَدِّسُ لَكَۖ قَالَ إِنِّيٓ أَعۡلَمُ مَا لَا تَعۡلَمُونَ ٣٠
Wa idh qāla rabbuka lil-malā'ikati innī jā'ilun fil-ardi khalīfatan qālū ataj'alu fīhā man yufsidu fīhā wayasfikud-dimā'a wanahnu nusabbihu bihamdika wanuqaddisu laka qāla innī a'lamu mā lā ta'lamūn
Bir zaman Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada, fəsad törədib qan tökəcək kəsmi bərqərar edəcəksən?”– demişdilər. O, buyurdu: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”
Təfsir
Uca Allah bu ayədə mələklərə: Yer üzündə, biri-birinə xələf olacaq və orada Allaha itaət edəcək bir bəşər yaradacağını xəbər verdi. Bu an mələklər Rəbblərindən -bilmək üçün- yer üzündə fitnə-fəsad törədən, qan tökən və zülm edən adəm övladının yaratmasının hikmətini soruşaraq dedilər: "Biz Sənə itaət edir, Sənin şəninə həmd sənalar deyir, Səni təzim edir və bundan yorulmuruq" -dedilələr. Bu zaman Allah onların sualına belə cavab verdi: "Onları yaradılışındaki sizin bilmədiyiniz əzəmətli hikməti və yer üzərində xəlifə təyin etməyimin məqsədlərini mən bilirəm" - deyərək cavab verdi.