أَوۡ كَٱلَّذِي مَرَّ عَلَىٰ قَرۡيَةٖ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحۡيِۦ هَٰذِهِ ٱللَّهُ بَعۡدَ مَوۡتِهَاۖ فَأَمَاتَهُ ٱللَّهُ مِاْئَةَ عَامٖ ثُمَّ بَعَثَهُۥۖ قَالَ كَمۡ لَبِثۡتَۖ قَالَ لَبِثۡتُ يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖۖ قَالَ بَل لَّبِثۡتَ مِاْئَةَ عَامٖ فَٱنظُرۡ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمۡ يَتَسَنَّهۡۖ وَٱنظُرۡ إِلَىٰ حِمَارِكَ وَلِنَجۡعَلَكَ ءَايَةٗ لِّلنَّاسِۖ وَٱنظُرۡ إِلَى ٱلۡعِظَامِ كَيۡفَ نُنشِزُهَا ثُمَّ نَكۡسُوهَا لَحۡمٗاۚ فَلَمَّا تَبَيَّنَ لَهُۥ قَالَ أَعۡلَمُ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٢٥٩
Aw kalladhī marra 'alā qaryatin wahiya khāwiyatun 'alā 'urūshihā qāla annā yuhyī hādhihillāhu ba'da mawtihā fa amātahullāhu mi'ata 'āmin thumma ba'athahū qāla kam labithta qāla labithtu yawman aw ba'da yawmin qāla bal labithta mi'ata 'āmin fanzur ilā ta'āmika washarābika lam yatasannah wanzur ilā himārika walinaj'alaka āyatal lin-nāsi wanzur ilal-'izāmi kayfa nunshizuhā thumma naksūhā lahman falammā tabayyana lahū qāla a'lamu annallāha 'alā kulli shay'in qadīr
Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsəni (görmədinmi)? O demişdi: “Görəsən, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra dirildib: “Nə qədər qaldın?”– deyə buyurdu. O dedi: “Bir gün və ya bir gündən də az!” Allah buyurdu: “Xeyr, sən yüz il qaldın. Yediyinə və içdiyinə bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Səni belə etdik ki, insanlar üçün bir dəlil olasan. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da, onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi.
Təfsir
Yaxud da damları çökmüş, divarları uçulmuş, sakinləri həlak olub xarabalığa və susuz düzənliyə çevrilmiş bir kəndin yanından keçən kimsəni gördünmü? O kimsə təcüblənərək demişdi: "Allah bu kəndin sakinləri öldükdən sonra onu necə dirildəcəkdir?". Allah onu yüz il müddətində ölü saxladı, sonra dirildib ondan: "Nə qədər ölü qaldın?"– deyə soruşdu. O: "Bir gün və ya bir gündən də az müddət ölü qaldım!"– deyə cavab verdi. Allah buyurdu: "Əksinə, sən tam yüz il ölü qaldın. Yediyinə və içdiyinə bax, bunlar xarab olmadan əvvəlki halında qaldı. Baxmayar ki, yekək-içmək tez bir zamanda xarab olur. Ölmüş uzunqulağına da bax! Biz səni insanlar üçün, onlar öldükdən sonra Allahın onları yenidən diritməyə qadir olduğuna dəlalət edən açıq-aydın bir əlamət edəcəyik. Uzunqulağının dağılmış və bir-dirindən uzaq düşmüş sümüklərinə də bax, gör Biz onları necə qaldırır və necə bir-birinə birləşdirir, sonra da, onların üstünü necə ətlə örtürük və onu bir daha necə həyata qaytarırıq". O, buna şahid olub, həqiqət ona bəlli olduqda, bunu etiraf edərək: "Mən artıq, Allahı hər şeyə qadir olduğunu bildim!"– dedi.