وَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ أَرِنِي كَيۡفَ تُحۡيِ ٱلۡمَوۡتَىٰۖ قَالَ أَوَلَمۡ تُؤۡمِنۖ قَالَ بَلَىٰ وَلَٰكِن لِّيَطۡمَئِنَّ قَلۡبِيۖ قَالَ فَخُذۡ أَرۡبَعَةٗ مِّنَ ٱلطَّيۡرِ فَصُرۡهُنَّ إِلَيۡكَ ثُمَّ ٱجۡعَلۡ عَلَىٰ كُلِّ جَبَلٖ مِّنۡهُنَّ جُزۡءٗا ثُمَّ ٱدۡعُهُنَّ يَأۡتِينَكَ سَعۡيٗاۚ وَٱعۡلَمۡ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ ٢٦٠
Wa idh qāla ibrāhimu rabbi arinī kayfa tuhyil-mawtā qāla awalam tu'min qāla balā walākil liyatma'inna qalbī qāla fakhudh arba'atam minat-tayri fasurhunna ilayka thummaj'al 'alā kulli jabalim minhunna juz'an thummad'uhunna ya'tīnaka sa'yan wa'lam annallāha 'azīzun hakīm
Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– demişdi. (Rəbbi ona:) “Məgər sən inanmırsan?”– deyə buyurdu. (İbrahim) dedi: “Əlbəttə, (inanıram!) Lakin (istəyirəm ki,) qəlbim rahat olsun”. (Allah) buyurdu: “Quşlardan dördünü tut və onları götür tikə-tikə et, sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, hikmət sahibidir!”
Təfsir
Ey Peyğəmbər! Bir zaman İbrahimin - aleyhissəlam: "Ey Rəbbim, ölüləri necə dirildiyini mənə öz gözlərimlə göstər!"– dediyini xatırla. Allah ona: "Məgər sən buna inanmırsan?"– deyə buyurdu. İbrahim dedi: "Əlbəttə ki, inanıram! Lakin qəlbimin daha rahat olmasını istəyirəm". Allah ona əmr edərək belə buyurdu: "Dörd cür quş tutub özünə tərəf çək və onları tikə-tikə et, sonra ətrafındaki dağların, hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tələm-tələsik sənin yanına gələcəklər. Artıq onlar yenidən həyata qayıtmışdılar. Ey İbrahim bil ki, Allah Öz mülkündə qüdrətlidir, işində, şəriətində və yaratmaqında hikmət sahibidir!"