Al-Baqarah surəsi, ayə 226

2:226

لِّلَّذِينَ يُؤۡلُونَ مِن نِّسَآئِهِمۡ تَرَبُّصُ أَرۡبَعَةِ أَشۡهُرٖۖ فَإِن فَآءُو فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ٢٢٦

Llilladhīna yu'lūna min nisā'ihim tarabbusu arba'ati ashhurin fa in fā'ū fa innallāha ghafūrur rahīm

Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər (bu müddət içində andlarından) dönsələr, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.

Təfsir

Zövcələri ilə yaxınlıq etməyəcəylərinə and içən kimsələr, and içdikləri vaxtdan başlayaraq dörd aydan çox keçməmək şərti ilə gözləməlidirlər. Buna ərəb dilində "İylə" -deyilir. Əgər onlar, zövcələrinə yaxınlıq etməyəcəklərinə görə and içdikdən sonra, dörd ay və ya dörd aydan az müddət ərzində andlarından dönüb, yaxınlıq etsələr, əlbəttə ki, Allah bağışlayandır, onların bu günahını bağışlayar və onlara qarşı rəhmlidir belə ki, sizin üçün bu anddan çıxış yolu qoyaraq, sizə kəffarə verməyi vacib etmişdir.