Al-Baqarah surəsi, ayə 224

2:224

وَلَا تَجۡعَلُواْ ٱللَّهَ عُرۡضَةٗ لِّأَيۡمَٰنِكُمۡ أَن تَبَرُّواْ وَتَتَّقُواْ وَتُصۡلِحُواْ بَيۡنَ ٱلنَّاسِۚ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ ٢٢٤

Walā taj'alullāha 'urdatal li aymānikum an tabarrū watattaqū watuslihū baynan-nāsi wallāhu samī'un 'alīm

Andlarınızdan dolayı Allahı (Allahın adını) yaxşılıq etmənizə, pis işdən çəkinmənizə və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

Təfsir

Allaha olan andınızı yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Əksinə, əgər yaxşılıq etməyəcəyinizə dair and içdikdə, həmən yaxılıqı edin və andlarınızın kəffarəsini verin. Allah sizin dediklərinizi eşidən, əməllərinizi isə biləndir və əməllərinizin mükafatını da verəcəkdir!