نِسَآؤُكُمۡ حَرۡثٞ لَّكُمۡ فَأۡتُواْ حَرۡثَكُمۡ أَنَّىٰ شِئۡتُمۡۖ وَقَدِّمُواْ لِأَنفُسِكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّكُم مُّلَٰقُوهُۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ ٢٢٣
Nisā'ukum harthul lakum fa tū harthakum annā shi'tum waqaddimū li anfusikum wattaqullāha wa'lamū annakum mulāqūhu wabasshiril-mu'minīn
Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz kimi yaxınlaşın. Özünüz üçün qabaqcadan (yaxşı işlər) hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. (Ey Muhəmməd!) Möminləri müjdələ.
Təfsir
Qadınlarınız sizin əkin tarlanızdır. Torpaq bəhrə verdiyi kimi, qadınlarınız da sizin üçün övlad dünyaya gətirirlər. Əkin tarlanıza istədiyiniz tərəfdən, istədiyiniz kimi gəlin, əgər bu öndəndirsə! Özünüz üçün qabaqcadan yaxşı əməllər hazırlayın! Bu yaxşı əməllərdən biridə, kişinin zövcəsinə Allaha yaxınlaşmaq və saleh zürriyyət istəmək məqsədi ilə əlaqədə olmasıdır. Allahın əmrlərinə tabe olub, qadağanlardan çəkinməklə Allahdan qorxun. Bu əmr və qadağalardan biridə, Allahın sizin üçün qadınlar barədə qoyduğu qanundur. Bilin ki, siz qiyamət günü Allahla qarşılaşacaq və Onun hüzurunda duracaqsınız və O, sizin əməllərinizin mükafatını verəcəkdir. Ey Peyğəmbər! Möminlərə Rəbbləri ilə qarşılaşdıqda onları sevindirəcək əbədi qalan nemətlər və Allahın kərim üzünə baxmaqla müjdə ver.