وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡمَحِيضِۖ قُلۡ هُوَ أَذٗى فَٱعۡتَزِلُواْ ٱلنِّسَآءَ فِي ٱلۡمَحِيضِ وَلَا تَقۡرَبُوهُنَّ حَتَّىٰ يَطۡهُرۡنَۖ فَإِذَا تَطَهَّرۡنَ فَأۡتُوهُنَّ مِنۡ حَيۡثُ أَمَرَكُمُ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلتَّوَّٰبِينَ وَيُحِبُّ ٱلۡمُتَطَهِّرِينَ ٢٢٢
Wayas'alūnaka 'anil-mahīdi qul huwa adhan fa'tazilun-nisā'a fil-mahīdi walā taqrabūhunna hattā yathurna fa idhā tatahharna fa tūhunna min haythu amarakumullāhu innallāha yuhibbut-tawwābīna wayuhibbul-mutatahhirīn
Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) uzaq durun və heyzdən təmizlənməyincə onlarla yaxınlıq etməyin. Təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın!” Şübhəsiz ki, Allah tövbə edənləri və pak olanları sevər!
Təfsir
Ey Peyğəmbər! Səhabələrin səndən heyz barəsində soruşurlar. (Heyz: müəyyən vaxtlarda qadının bətnindən ifraz olan təbii qandır) Onlara cavab olaraq de: "Heyz kişi və qadın üçün bir əziyyətdir. Həmin vaxt qadınla cinsi əlaqədə olmaqdan uzaq durun. Bu qan onlardan kəsilib qüsl alıb təmizlənənə qədər qadınlarla əlaqədə olayın. Qan kəsilib bundan təmizləndikdən sonra isə Allahın sizə icazə verdiyi qayda üzrə onlar pak olduğu halda ön tərəfdən əlaqədə olun". Şübhəsiz ki, Allah günahlardan çoxlu tövbə edənləri də pisliklərdən təmizlənənləri də sevir.