وَإِذَا قِيلَ لَهُ ٱتَّقِ ٱللَّهَ أَخَذَتۡهُ ٱلۡعِزَّةُ بِٱلۡإِثۡمِۚ فَحَسۡبُهُۥ جَهَنَّمُۖ وَلَبِئۡسَ ٱلۡمِهَادُ ٢٠٦
Wa idhā qīla lahut-taqillāha akhadhathul-'izzatu bil-ithmi fahasbuhū jahannamu walabi'sal-mihād
Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu (daha da) günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis məkandır!
Təfsir
Yer üzündə fitnə-fəsadı törədənə - nəsihət olaraq - Allahın hüdudlarına hörmət edib və qadağanlarından çəkinərək, Ondan qorx, deyildikdə, təkəbbürlük və lovğalıq onu haqqa dönməsinə mane olar və beləliklə də günahda davam edər. Ona, Cəhənnəmə daxil olmaq, cəza olaraq kifayət edər. Cəhənnəm, öz əhli üçün necə də pis bir yerdir!