Al-Baqarah surəsi, ayə 205

2:205

وَإِذَا تَوَلَّىٰ سَعَىٰ فِي ٱلۡأَرۡضِ لِيُفۡسِدَ فِيهَا وَيُهۡلِكَ ٱلۡحَرۡثَ وَٱلنَّسۡلَۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلۡفَسَادَ ٢٠٥

Wa idhā tawallā sa'ā fil-ardi liyufsida fīhā wayuhlikal-hartha wan-nasla wallāhu lā yuhibbul-fasād

O, dönüb getdikdə, yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevməz.

Təfsir

O adam səndən ayrılıb, dönüb getdikdə asi əməllərlə yer üzündə fitnə-fəsad törətməyə, əkini məhv etməyə və mal-qaranı tələf etməyə çalışar. Allah isə yer üzündə fitnə-fəsadı törətməyi və fitnə-fəsad əhlini sevməz!