فَإِنِ ٱنتَهَوۡاْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ١٩٢
Fa inintahaw fa innallāha ghafūrur rahīm
Əgər onlar bu (savaşa) son qoysalar, əlbəttə ki, Allah bağışlayandır, rəhmlidir!
Təfsir
Əgər onlar sizinlə döyüşməyə və öz küfr əməllərinə son qoysalar, siz də onlardan əl çəkin. Həqiqətən, Allah, Ona tövbə edənin tövbəsini qəbul edib onu bağışlayar və onların keçmişdə etdikləri əməllərə görə onlara əzab verməz. Allah qullarına rəhmlidir onlara əzabı tezləşdirməz!