تِلۡكَ أُمَّةٞ قَدۡ خَلَتۡۖ لَهَا مَا كَسَبَتۡ وَلَكُم مَّا كَسَبۡتُمۡۖ وَلَا تُسۡـَٔلُونَ عَمَّا كَانُواْ يَعۡمَلُونَ ١٤١
Tilka ummatun qad khalat lahā mā kasabat walakum mā kasabtum walā tus'alūna 'ammā kānū ya'malūn
Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri əməllər barədə sorğu-sual olunmayacaqsınız.
Təfsir
Onlar sizdən əvvəl olub, keçib getmiş bir camaat idilər. Onlar etdikləri əməllərin mükafatına çatıblar. Onların qazandıqları əməllər özlərinə, sizinki isə özünüzə aiddir. Sizdən onların əməlləri barəsində sorğu-sual olunmaz. Onlardan da sizin əməlləriniz barədə sorğu-sual olunmaz. Bir kimsənin günahına görə başqasına əzab olunmayacaqdır. İnsana yalnız öz əməli fayda verəcəkdir. Hər bir kəs etdiyi əməlin müqabilini alacaqdır.