أَمۡ تَقُولُونَ إِنَّ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطَ كَانُواْ هُودًا أَوۡ نَصَٰرَىٰۗ قُلۡ ءَأَنتُمۡ أَعۡلَمُ أَمِ ٱللَّهُۗ وَمَنۡ أَظۡلَمُ مِمَّن كَتَمَ شَهَٰدَةً عِندَهُۥ مِنَ ٱللَّهِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ١٤٠
Am taqūlūna inna ibrāhima wa ismā'īla wa ishāqa waya'qūba wal-asbāta kānū hūdan aw nasārā qul a'antum a'lamu amillāhu waman azlamu mimman katama shahādatan 'indahū minallāhi wamallāhu bighāfilin 'ammā ta'malūn
Yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yəqubun və onun nəslinin yəhudi, yaxud nəsrani olduğunu deyirsiniz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahdan özlərinə nazil edilən şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər?! Allah sizin etdiklərinizdən qafil deyildir.
Təfsir
Ey kitab əhli, yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yəqubun və Yəqubun övladından olan peyğəmbərlərin yəhudi və ya nəsranı dinindən olduqlarını iddia edirsiniz? Ey Peyğəmbər, onlara cavab olaraq belə de: "Siz yaxşı bilirsiniz, yoxsa Allah?!". Əgər onlar bu peyğəmbərlərin yəhudi və nəsrani olduqlarını iddia etsələr, artıq yalan söyləmişlər. Çünki bu peyğəmbərlərin peyğəmbər olaraq göndərilməsi və onların vəfatı Tövrat və İncilin nazil edilməsindən əvvəl olmuşdur. Buradan belə başa düşülür ki, onların Allah və Onun rəsulları barədə dedikləri yalandan başqa bir şey deyildir. Çünki onlar özlərinə nazil olan haqqı gizlədiblər. Kitab əhlinin etdiyi kimi Allah tərəfindən gələn açıq-aydın şəhadəti bildikdən sonra onu gizlədən şəxsdən daha zalım kimsə yoxdur. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir və əməllərinizin müqabilini sizə verəcəkdir.