۞ سَيَقُولُ ٱلسُّفَهَآءُ مِنَ ٱلنَّاسِ مَا وَلَّىٰهُمۡ عَن قِبۡلَتِهِمُ ٱلَّتِي كَانُواْ عَلَيۡهَاۚ قُل لِّلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ١٤٢
Sayaqūlus-sufahā'u minan-nāsi mā wallāhum 'an qiblatihimul-latī kānū 'alayhā qu lillāhil-mashriqu wal-maghribu yahdī man yashā'u ilā sirātim mustaqīm
Səfeh kimsələr deyəcəklər: “Müsəlmanları üz tutduqları qiblədən döndərən nədir?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldər!”
Təfsir
Yəhudilər və onlara oxşar münafiqlərdən olan ağılsız, cahil adamlar deyəcəklər: "Müsəlmanları bundan əvvəl üz tutduqları Beytülmüqəddəs qibləsindən döndərən görəsən nədir?!" Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Məşriqin də, Məğribin də və bundan başqa bütün tərəflərin də mülkü tək olan Allahındır. O, istədiyi qulunu hansı tərəfə istəyirsə, o tərəfə də yönəldir. Pak Allah, istədiyi qulunu heç bir əyriliyi və azğınlığı olmayan doğru yola, hidayət yoluna yönəldər".