قُلۡ أَتُحَآجُّونَنَا فِي ٱللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمۡ وَلَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡ وَنَحۡنُ لَهُۥ مُخۡلِصُونَ ١٣٩
Qul atuhājjūnanā fillāhi wahuwa rabbunā warabbukum walanā a'mālunā walakum a'mālukum wanahnu lahū mukhlisūn
De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki, O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!”
Təfsir
Ey Peyğəmbər de ki, ey kitab əhli, dininiz və kitabınız daha qədim olduğu üçün, siz Allaha və Onun dininə bizdən daha yaxın olmanız barəsində bizimlə mübahisəmi edirsiniz? Həqiqətən bu sizə heç bir fayda verməz. Halbuki Allah, tək sizin deyil, hamımızın Rəbbidir. Bizim etdiyimiz əməllərdən siz sorğu-sual olunmazsınız, həmçinin sizin etdiyimiz əməllərdən də biz sorğu-sual olunmayacağıq və hər bir kəs etdiyi əməlin müqabilini alacaqdır. Biz Allaha heç bir şeyi şərik qoşmadan, yalnız ixlasla Ona ibadət və itaət edirik.