Al-Baqarah surəsi, ayə 130

2:130

وَمَن يَرۡغَبُ عَن مِّلَّةِ إِبۡرَٰهِـۧمَ إِلَّا مَن سَفِهَ نَفۡسَهُۥۚ وَلَقَدِ ٱصۡطَفَيۡنَٰهُ فِي ٱلدُّنۡيَاۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ ١٣٠

Waman yarghabu 'am millati ibrāhima illā man safiha nafsahū walaqadistafaynāhu fid-dunyā wa innahū fil-ākhirati laminas-sālihīn

Səfehlik edən kəsdən başqa kim İbrahimin dinindən üz çevirər?! Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axirətdə də, əməlisalehlərdən olacaqdır.

Təfsir

Öz səfehiyi və düşüncəsizliyi ucbatınan haqqı batilə dəyişib nəfsinin alçaqlığına razı olan kimsədən başqa, İbrahim Əleyhis-salamın dinindən üz çevirib başqa bir din ardınca heç kimsə getməz. Biz onu dünyada rəsul və xəlil (dost) seçdik. Şübhə yoxdur ki, o, Allahın vacib etdiyini yerinə yetirən əməlisalehlərdən və axirətdə də yüksək dərəcələrə nail olanlardandır.