Al-Baqarah surəsi, ayə 126

2:126

وَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ ٱجۡعَلۡ هَٰذَا بَلَدًا ءَامِنٗا وَٱرۡزُقۡ أَهۡلَهُۥ مِنَ ٱلثَّمَرَٰتِ مَنۡ ءَامَنَ مِنۡهُم بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُۥ قَلِيلٗا ثُمَّ أَضۡطَرُّهُۥٓ إِلَىٰ عَذَابِ ٱلنَّارِۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ١٢٦

Wa idh qāla ibrāhimu rabbij'al hādhā baladan āminan warzuq ahlahū minath-thamarāti man āmana minhum billāhi wal-yawmil-ākhiri qāla waman kafara fa umatti'uhū qalīlan thumma adtarruhū ilā 'adhābin-nāri wabi'sal-masīr

Bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!” Allah buyurdu: “Mən kafir olan kimsəyə bir qədər zövq almağa izin verər, sonra isə onu Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”

Təfsir

Ey Peyğəmbər, yadına sal ki, İbrahim bir zaman Rəbbinə: "Ey Rəbbim! Məkkəni təhlükəsiz, əmin aman bir şəhər et, heç kimsə orada pisliyə məruz qalmasın, əhalisinə isə cürbəcür meyvələrdən ruzi ver və bu ruziləri, Sənə və axirət gününə inananlara məxsus et"– deyə dua etdikdə, Allah: "Kafir olanlara, Mən dünyada bir qədər zövq almağa izn verərəm, lakin sonra da onları cəhənnəm əzabına düçar edərəm. Qiyamət günü qayıdış yeri olaraq ora necə də pis yeridir!" – deyə buyurdu.