Al-Baqarah surəsi, ayə 125

2:125

وَإِذۡ جَعَلۡنَا ٱلۡبَيۡتَ مَثَابَةٗ لِّلنَّاسِ وَأَمۡنٗا وَٱتَّخِذُواْ مِن مَّقَامِ إِبۡرَٰهِـۧمَ مُصَلّٗىۖ وَعَهِدۡنَآ إِلَىٰٓ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ أَن طَهِّرَا بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡعَٰكِفِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ١٢٥

Wa idh ja'alnal-bayta mathābatal lin-nāsi wa amnan wattakhidhū mim maqāmi ibrāhima musallan wa'ahidnā ilā ibrāhima wa ismā'īla an tahhirā baytiya lit-tā'ifīna wal-'ākifīna war-rukka'is-sujūd

Bir zaman Biz müqəddəs Evi insanlar üçün ziyarətgah və əmin-aman bir yer etdik. “İbrahimin durduğu yeri namazgah edin!” Biz İbrahimə və İsmailə buyurduq: “Evimi, təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”

Təfsir

(Ya Rəsulum!) Allah, haram evini insanların daima qəlbləri ora bağlı olan qayıdış yeri etdiyini yadına sal. Belə insalar hər dəfə oradan çıxdıqda bir daha ora qayıtmaq istəyərlər. Allah Kəbəni insanlar üçün əmin-amanlıq yeri etdi və orada heç kəsə qarşı zülüm olunmaz. (Ya Rəsulum!) İnsanlara de ki: -İbrahim evi bina etdiyi vaxt üzərində dayandığı- "daşı namazgah etsinlər!". Biz İbrahimə və İsmailə haram evini təvaf edənlər, etikafa girənlər, namaz qılanlar və orada Allaha ibadət etmək istəyənlər üçün pisliklərdən və bütlərdən təmizləmələrini vəsiyyət dedik.