Al-Baqarah surəsi, ayə 110

2:110

وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنۡ خَيۡرٖ تَجِدُوهُ عِندَ ٱللَّهِۗ إِنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ١١٠

Wa aqīmus-salawāta wa ātuz-zakawāta wamā tuqaddimū li anfusikum min khayrin tajidūhu 'indallāhi innallāha bimā ta'malūna basīr

Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız, onun (əvəzini) Allah yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür.

Təfsir

Namazın rükunlarını, vaciblərini və sünnələrini yerinə yetirərək tam şəkildə qılın. Malınızın zəkatını layiq olan insanlara verin! Ölməzdən əvvəl həyatda ikən, özünüzdən ötrü etdiyiniz hər bir yaxşı əməlin əvəzini qiyamət günü Allah yanında taparsınız. O gün Allah sizə etdiyiniz əməllərin müqabilini verəcəkdir. Həqiqətən, Allah nə etdiklərinizi görür və hər bir kəsi əməlinə görə mükafatlandıracaqdır!