Al-Baqarah surəsi, ayə 102

2:102

وَٱتَّبَعُواْ مَا تَتۡلُواْ ٱلشَّيَٰطِينُ عَلَىٰ مُلۡكِ سُلَيۡمَٰنَۖ وَمَا كَفَرَ سُلَيۡمَٰنُ وَلَٰكِنَّ ٱلشَّيَٰطِينَ كَفَرُواْ يُعَلِّمُونَ ٱلنَّاسَ ٱلسِّحۡرَ وَمَآ أُنزِلَ عَلَى ٱلۡمَلَكَيۡنِ بِبَابِلَ هَٰرُوتَ وَمَٰرُوتَۚ وَمَا يُعَلِّمَانِ مِنۡ أَحَدٍ حَتَّىٰ يَقُولَآ إِنَّمَا نَحۡنُ فِتۡنَةٞ فَلَا تَكۡفُرۡۖ فَيَتَعَلَّمُونَ مِنۡهُمَا مَا يُفَرِّقُونَ بِهِۦ بَيۡنَ ٱلۡمَرۡءِ وَزَوۡجِهِۦۚ وَمَا هُم بِضَآرِّينَ بِهِۦ مِنۡ أَحَدٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمۡ وَلَا يَنفَعُهُمۡۚ وَلَقَدۡ عَلِمُواْ لَمَنِ ٱشۡتَرَىٰهُ مَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِنۡ خَلَٰقٖۚ وَلَبِئۡسَ مَا شَرَوۡاْ بِهِۦٓ أَنفُسَهُمۡۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ١٠٢

Wattaba'ū mā tatlush-shayātīnu 'alā mulki sulaymāna wamā kafara sulaymānu walākinnash-shayātīna kafarū yu'allimūnan-nāsas-sihra wamā unzila 'alal-malakayni bibābila hārūta wamārūta wamā yu'allimāni min ahadin hattā yaqūlā innamā nahnu fitnatun falā takfur fayata'allamūna minhumā mā yufarriqūna bihī baynal-mar'i wazawjihī wamā hum bidārrīna bihī min ahadin illā bi idhnillāhi wayata'allamūna mā yadurruhum walā yanfa'uhum walaqad 'alimū lamanishtarāhu mā lahū fil-ākhirati min khalāqin walabi'sa mā sharaw bihī anfusahum law kānū ya'lamūn

Onlar Süleymanın səltənəti barədə şeytanların oxuduqlarına uydular. (Halbuki) Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (O iki mələk:) “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş, onu heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən və faydası olmayan şeyi öyrənirdilər. Onlar bilirdilər ki, bunu satın alan kimsələrin axirətdə heç bir payı yoxdur. Qarşılığında özlərini satdıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!

Təfsir

Yəhudilər Allahın dinini tərk edib əvəzində Allahın peyğəmbəri Süleymanın (Əleyhissalam) səltənətinə dair şeytanların uydurduqları yalanlara tabe oldular. Beləki yəhudilər Süleymanın səltənəti sehr vasitəsi ilə əldə etdiyini idda edirdilər. Halbuki, Süleyman yəhudilərin idda etdikləri kimi sehr etməklə kafir olmadı,əksinə şeytanlar İraqın Babil şəhərindəki insanları imtahan etmək üçün göndərdiyimiz Harut və Marut adlı iki mələyə nazil olan sehri insanlara öyrədərək kafir oldular. Halbuki o iki mələk: "Biz insanları imtahan etmək üçün göndərilmişik, sən gəl bu sehr öyrənməklə kafir olma!" – deyib insanları sehir öyrənməkdən çəkindirməzdən əvvəl heç kəsə sehr öyrətmirdilər. Kim bu iki mələyin nəsihətini qəbul etmədisə onlardan sehr, o cümlədən də ər-arvadı ayıran və onların arasında nifaq salan növlərini öyrənirdilər. Lakin sehrbazlar Allahın izni və istəyi olmadan heç kəsə zərər verə bilməzlər. Yəhudilər ancaq özlərinə faydası olmayan zərərli şeyləri öyrənirdilər. Yəhudilər Allahın kitabını sehrlə əvəz edənlərin axirətdə heç bir payı olmadığını yaxşı bilirlər. Onlar sehri Allahın vəhynə və şəriətinə dəyişib nəfslərini satın aldıqları iş necə də pisdir. Əgər onlar özlərinə fayda verən şeyi bilsəydilər belə çirkin və açıq-aydın azğınlıq yoluna cürət etməzdilər.