Al-Baqarah surəsi, ayə 10

2:10

فِي قُلُوبِهِم مَّرَضٞ فَزَادَهُمُ ٱللَّهُ مَرَضٗاۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡذِبُونَ ١٠

Fī qulūbihim maradun fazādahumullāhu maradan walahum 'adhābun alīmu bimā kānū yakdhibūn

Onların qəlblərində xəstəlik vardır və Allah onların xəstəliyini daha da artırmışdır. Yalan danışdıqlarına görə onlar üçün ağrılı-acılı bir əzab vardır.

Təfsir

Buna səbəb qəlblərindəki şəkk-şübhənin olmasıdır. Allah onların şəkk-şübhələrini daha da artırdı. Çünki cəza əməlin növündən olur. Onlar Allahı, Peyğəmbəri Muhəmmədi (ona Allahın salavatı və salamı olsun) və möminləri yalan saydıqlarına görə onlara cəhənnəmin ən alt təbəqəsində şiddətli bir əzaba vardır.