Al-Baqarah surəsi, ayə 9

2:9

يُخَٰدِعُونَ ٱللَّهَ وَٱلَّذِينَ ءَامَنُواْ وَمَا يَخۡدَعُونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ ٩

Yukhādi'ūnallāha walladhīna āmanū wamā yakhda'ūna illā anfusahum wamā yash'urūn

Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. (Halbuki) onlar, yalnız özlərini aldadır və (bunu) hiss etmirlər.

Təfsir

Onlar cahilliklərindən dolayı qəlblərindəki küfrü gizlədib özlərini mömin kimi göstərərməklə Allahı və möminləri aldatdıqlarını güman edirlər. Lakin onlar (yalnız özlərini aldatdıqlarını) dərk etmirlər. Çünki, Uca Allah, gizlini və aşkarı biləndir və artıq möminlərə münafiqlərin sifətlərini və onların əhvalını bildirmişdir.