Al-A'raf surəsi, ayə 77

7:77

فَعَقَرُواْ ٱلنَّاقَةَ وَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ وَقَالُواْ يَٰصَٰلِحُ ٱئۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلۡمُرۡسَلِينَ ٧٧

Fa'aqarun-nāqata wa'ataw 'an amri rabbihim waqālū yāsālihu'tinā bimā ta'idunā in kunta minal-mursalīn

Onlar dişi dəvənin diz vətərini kəsdilər və beləliklə də Rəbbinin əmrinə qarşı çıxıb: “Ey Saleh! Əgər sən (həqiqətən də göndərilən) elçilərdənsənsə, (elə isə) bizə vəd etdiyin əzabı gətir”– dedilər.

Təfsir

Onlar, Allahın onlara pislik etməsini qadağan etdiyi dişi dəvəni kəs­dilər və beləlik­lə də, Allahın əm­rin­ə tabe olmayarağı özlərinə sığışdırmayıb, Salehə istehza edərək və onları təhdid etdiyi əzabın gəlişinə inanmayaraq: "Ey Saleh! Əgər sən həqiqətən də Allahın göndə­rdiyi el­çilərdən­sən­sə, elə isə bizə vəd etdiyin ağrılı-əza­bı gətir"– dedilər.