فَكَذَّبُوهُ فَأَنجَيۡنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ فِي ٱلۡفُلۡكِ وَأَغۡرَقۡنَا ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَآۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمًا عَمِينَ ٦٤
Fakaddhabūhu fa anjaynāhu walladhīna ma'ahū fil-fulki wa aghraqnal-ladhīna kaddhabū bi'āyātinā innahum kānū qawman 'amīn
(Kafirlər) onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Həqiqətən də, onlar kor bir qövm idilər.
Təfsir
Qövmü Nuhu yalançı hesab etdi və ona iman gətirmədi, əksinə, hələ bu azmış kimi, olduqları küfürlərində də davam etdilər. Belə olduqda Nuh Allaha onları həlak etməsi üçün dua etdi. Biz onu və onunla birlikdə gəmidə olan möminləri suda qərq olmaqdan xilas etdik. Ayələrimizi yalan hesab edib, yalan samaqda davam edən kimsələri onlara əzab olaraq göndərilən tufanla suda qərq edərək məhv etdik. Doğrudan da, onların qəlbləri haqqı görməkdən kor idi.