۞ وَإِلَىٰ عَادٍ أَخَاهُمۡ هُودٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ٦٥
Wa ilā 'ādin akhāhum hūdan qāla yāqawmi'budullāha mā lakum min ilāhin ghayruhū afalā tattaqūn
Ad qövmünə də qardaşları Hudu (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Məgər (Allahın qəzəbindən, əzabından) qorxmursunuz?”
Təfsir
Biz Ad qəbiləsinə də özlərindən elçi göndərdik. O, Hud - aleyhissəlam - peyğəmbərdir. O dedi: "Ey qövmüm! Yalnız Allaha ibadət edin. Sizin Ondan başqa haqq məbudunuz yoxdur. Onun əzabından xilas olmaq üçün Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Ondan qorxmursunuz?!"