أَوَعَجِبۡتُمۡ أَن جَآءَكُمۡ ذِكۡرٞ مِّن رَّبِّكُمۡ عَلَىٰ رَجُلٖ مِّنكُمۡ لِيُنذِرَكُمۡ وَلِتَتَّقُواْ وَلَعَلَّكُمۡ تُرۡحَمُونَ ٦٣
Awa'ajibtum an jā'akum dhikrum mir rabbikum 'alā rajulim minkum liyundhirakum walitattaqū wala'allakum turhamūn
(Allahdan) qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə təəccübmü edirsiniz?”
Təfsir
Yoxsa öz aranızdan olan, tanıdığınız və sizin dilinizdə danışan bir kişiyə Rəbbinizdən vəhy və öyüd-nəsihət gəlməsi təəccübünüzü artırdı?! O, sizin aranızda böyüyüb boya-başa çatmışdır, heç vaxt yalançı, azğın və qeyri adi bir məxluq da olmamışdır. Siz onu yalançı hesab etsəniz də, ona asi olsanız da, o, sizin Allahın əmrlərinə tabe olub, qadağalarından çəkinərək Onun əzabından qoxrmanız və Ona iman etdiyiniz təqdirdə Allahın rəhmətinə nail olmanız üçün gəlmişdir.