ٱدۡعُواْ رَبَّكُمۡ تَضَرُّعٗا وَخُفۡيَةًۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ ٥٥
Ud'ū rabbakum tadarru'an wakhufyatan innahū lā yuhibbul-mu'tadīn
Rəbbinizə yalvararaq, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz.
Təfsir
Ey Möminlər! Rəbbinizə dua edərkən riyakarlığa yol vermədən, Allaha şərik qoşmadan, Onun qarşısında tam zəlil və acizanə bir halda gizlicə dua edin! Şübhəsiz ki, O, dua edərkən həddi aşanları sevməz. Dua etdikdə ən böyük həddi aşan kimsələr, müşriklərin etdiyi kimi Allahdan başqasına dua edən kimsələrdir.