إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يُغۡشِي ٱلَّيۡلَ ٱلنَّهَارَ يَطۡلُبُهُۥ حَثِيثٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ وَٱلنُّجُومَ مُسَخَّرَٰتِۭ بِأَمۡرِهِۦٓۗ أَلَا لَهُ ٱلۡخَلۡقُ وَٱلۡأَمۡرُۗ تَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ٥٤
Inna rabbakumullāhul-ladhī khalaqas-samāwāti wal-arda fī sittati ayyāmin thummastawā 'alal-'arshi yughshil-laylan-nahāra yatlubuhū hathīthan wash-shamsa wal-qamara wan-nujūma musakkharāti bi amrihī alā lahul-khalqu wal-amru tabārakallāhu rabbul-'ālamīn
Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Şübhəsiz ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah (ən əzəmətli), xeyiri və bərəkəti bol olandır.
Təfsir
Ey İnsanlar! Doğrudan da, sizin Rəbbiniz göyləri və yeri altı gündə misilsiz yaradan, sonra da sizim dərk edə bilməyəcəyimiz tərzdə, Öz Cəlalına layiq bir şəkildə ərşə ucalan Allahdır. O, gecənin zülmətini gündüzün nuru ilə, gündüzün nurunu isə gecənin zülməti ilə aparır. Onlardan hər biri, bir-birini sürətlə təqib edər və bir anda olsun belə o birindən gecikməz, belə ki, biri getdikdə dər hal o birisi onu əvəz edər. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edərək xəlq edəndə də Pak olan Allahdır. Bilin ki, xəlq etmək bütünlüklə Allaha məxsusdur. Axı Ondan başqa xəlq edən kimdir? Hökm verməkdə yalnız Ona məxsusdur! Onun xeyiri, bərəkəti və lütfü boldur. Cəlal və kamillik sifətləri ilə vəsf olunan da yalnız aləmlərin Rəbbi olan Allahdır.