Al-A'raf surəsi, ayə 56

7:56

وَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَا وَٱدۡعُوهُ خَوۡفٗا وَطَمَعًاۚ إِنَّ رَحۡمَتَ ٱللَّهِ قَرِيبٞ مِّنَ ٱلۡمُحۡسِنِينَ ٥٦

Walā tufsidū fil-ardi ba'da islāhihā wad'ūhu khawfan watama'an inna rahmatallāhi qarībum minal-muhsinīn

Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə dua edin. Həqiqətən, Allahın rəhməti yaxşılıq edənlərə yaxındır.

Təfsir

Allah yer üzünə peyğəmbərlər göndərərək oranı tək Ona itaət etməklə islah etdikdən sonra, orada günahlar edərək yenidən fəsad törət­mə­yin. Alla­hın əzabının qorxusunu hiss edərək və Onun savabına ümid bəsləyərək Ona səmimi qəlbdən dua edin. Həqiqətən, Allahın rə­hməti yaxşılıq edənlərə yaxındır və sizdə o kimsələrdən olun!