ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَهُمۡ لَهۡوٗا وَلَعِبٗا وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ فَٱلۡيَوۡمَ نَنسَىٰهُمۡ كَمَا نَسُواْ لِقَآءَ يَوۡمِهِمۡ هَٰذَا وَمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ ٥١
Alladhīnat-takhadhū dīnahum lahwan wala'iban wagharrathumul-hayawātud-dunyā fal-yawma nansāhum kamā nasū liqā'a yawmihim hādhā wamā kānū bi'āyātinā yajhadūn
O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq.
Təfsir
Məhz o kafirlər, dinlərini məsxərə və əyləncə etmişdilər və dünya həyatı onları öz bər-bəzəyi ilə aldatmışdı. Onlar Allahın ayələrini və dəlillərini haqq olduğunu yəqin bildiklərindən sonra inkar etdikləri, bu gün üçün saleh əməl edib hazırlıq görmədikləri və bu günləri ilə qarşılaşmağı unutduqları kimi, qiyamət günü Allah da onları əzad içərisində tərk edib unudacaqdır.