Al-A'raf surəsi, ayə 33

7:33

قُلۡ إِنَّمَا حَرَّمَ رَبِّيَ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَ وَٱلۡإِثۡمَ وَٱلۡبَغۡيَ بِغَيۡرِ ٱلۡحَقِّ وَأَن تُشۡرِكُواْ بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗا وَأَن تَقُولُواْ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ٣٣

Qul innamā harrama rabbiyal-fawāhisha mā zahara minhā wamā batana wal-ithma wal-baghya bighayril-haqqi wa an tushrikū billāhi mā lam yunazzil bihī sultānan wa an taqūlū 'alallāhi mā lā ta'lamūn

De: “Rəbbim həm aşkar, həm də gizli (edilən) pis əməlləri, (hər cür) günahı, haqsı yerə zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və Allah qarşı bilmədiyiniz şeyləri söyləməyinizi haram buyurmuşdur”.

Təfsir

Ey Peyğəmbər! Allahın halal etdiyi şeyləri haram edən müşriklərə de: "Həqiqətən Allah qullarına həm aşkar, həm də gizli edilən çirkin, nalayiq əməl­ləri, bütün günahı, insanların canlarına, mallarına və namuslarına haq­sız­casına toxunaraq insalara zülm etməyi, heç bir dəlilliniz olmadan başqasını Allaha şərik qoş­mağınızı və Allahın adları, sifətləri, feilləri və şərəti barədə elmsiz danışmağı haram bu­yur­muşdur".