قُلۡ مَنۡ حَرَّمَ زِينَةَ ٱللَّهِ ٱلَّتِيٓ أَخۡرَجَ لِعِبَادِهِۦ وَٱلطَّيِّبَٰتِ مِنَ ٱلرِّزۡقِۚ قُلۡ هِيَ لِلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا خَالِصَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ ٣٢
Qul man harrama zīnatallāhil-latī akhraja li'ibādihī wat-tayyibāti minar-rizqi qul hiya lilladhīna āmanū fil-hayawātid-dunyā khālisatan yawmal-qiyāmati kadhālika nufassilul-āyāti liqawmin ya'lamūn
De: “Allahın Öz qulları üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında, (xüsusilə də) Qiyamət günü yalnız möminlərə məxsusdur”. Biz dərk edən qövm üçün ayələri belə izah edirik.
Təfsir
Ey Peyğəmbər! Allahın, libas, pak ruzi və s. bu kimi halal etdiyi şeyləri haram edən müşriklərə cavab olaraq de: "Zinət əşyası olan libasınızı və Allahın sizə ruzi olaraq bəxş etdiyi pak yeməkləri və içkiləri sizə kim haram etmişdir?! Ey Peyğəmbər! De: "Bu pak ruzilərə dünya həyatında bütün insanlar - möminlər və kafirlər şərik olsalar da, Qiyamət günü isə bunlar yalnız möminlərə məxsus olacaq və heç bir kafirin bu ruzilərdən payı olmayacaq. Çünki Cənnət kafirlərə haramdır". Biz ayələri dərk edən adamlar üçün belə bir təfsilatla izah edirik. Çünki bu ayələrdən ibrət alan elə məhz onlardır.