وَٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِهِۦ لَا يَسۡتَطِيعُونَ نَصۡرَكُمۡ وَلَآ أَنفُسَهُمۡ يَنصُرُونَ ١٩٧
Walladhīna tad'ūna min dūnihī lā yastatī'ūna nasrakum walā anfusahum yansurūn
Allahdan qeyri dua etdikləriniz nə sizə, nə də özlərinə bir yardım edə bilərlər”.
Təfsir
Ey Müşriklər! Dua edib çağırdığınız bu bütlər nə sizə, nə də ki, özlərinə yardım etməyə qadirdilər. Onlar aciz bir məxluqdurlar. Axı belə olan təqdirdə siz Allahı qoyub necə onlara dua edirsiniz?!