Al-A'raf surəsi, ayə 19

7:19

وَيَٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ فَكُلَا مِنۡ حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ ١٩

Wayā'ādamuskun anta wazawjukal-jannata fakulā min haythu shi'tumā walā taqrabā hādhihish-shajarata fatakūnā minaz-zālimīn

Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. İstədiyiniz yerdən yeyin, yalnız bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız”.

Təfsir

Allah Adəmə dedi: "Ey Adəm, sən zövcən Həvva ilə Cənnətdə qal və hər ikiniz oradakı pak meyvələrdən, istədiyiniz qədər, bol-bol yeyin, yalnız bu (qadağan etdiyim) ağacdan yeməyin! Əgər siz Mənim bu qadağamdan sonra həmin ağacdan yesəniz, Allahın hüdudlarını aşanlardan olarsınız".