وَإِذۡ قَالَتۡ أُمَّةٞ مِّنۡهُمۡ لِمَ تَعِظُونَ قَوۡمًا ٱللَّهُ مُهۡلِكُهُمۡ أَوۡ مُعَذِّبُهُمۡ عَذَابٗا شَدِيدٗاۖ قَالُواْ مَعۡذِرَةً إِلَىٰ رَبِّكُمۡ وَلَعَلَّهُمۡ يَتَّقُونَ ١٦٤
Wa idh qālat ummatum minhum lima ta'izūna qawmanillāhu muhlikuhum aw mu'addhibuhum 'adhāban shadīdan qālū ma'dhiratan ilā rabbikum wala'allahum yattaqūn
O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir qövmə nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “(Bu,) Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (pis əməllərdən) çəkinələr!”
Təfsir
Ey Peyğəmbər! O zaman onlardan bir dəstə onları pis işlərdən çəkindirib, qadağan etdiyini yadına sal. Bu vaxt başqa bir dəstə onlara dedi: "Etdikləri əməllərə görə Allahın onları dünyada məhv edəcəyi və ya Qiyamət günü şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?" Öyüd-nəsihət edən kimsələr onlar belə dedilər: "Bizim onlara verdiyimiz öyüd-nəsihət, Allahın bizə əmr etdiyi yaxşılığı əmr edib, pislikdən çəkindirməyi yerinə yetirərək bizə əzab verməməsinə görə Allah yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar bu öyüd-nəsihətdən ibrət alıb, etdikləri pis əməllərdən çəkinələr!"