ثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِم مُّوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَظَلَمُواْ بِهَاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ١٠٣
Thumma ba'athnā mim ba'dihim mūsā bi'āyātinā ilā fir'awna wamala'ihī fazalamū bihā fanzur kayfa kāna 'āqibatul-mufsidīn
Onlardan sonra Musanı ayələrimizlə Firon və onun əyanlarına elçi göndərdik. Onlar isə (Musanın gətirdiyi) ayələri inkar etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu.
Təfsir
Biz o elçilərdən sonra Musanın - aleyhissəlam - həqiqətən də, Allah tərəfindən göndərilən elçi olduğuna dəlalət edən açıq-aşkar dəlillərimiz və möcüzələrimizlə onu Firon və onun qövmünə elçi göndərdik. Amma onlar bu dəlillərdən üz çevirib, küfr etdilər. Ey Peyğəmbər! Sən, Firon və onun qövmünün aqibətinin necə olduğuna fikir ver. Allah onları suda qərq etdi, onları dünya və axirətdə lənətə düçar etdi.