وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ حُسۡنٗاۖ وَإِن جَٰهَدَاكَ لِتُشۡرِكَ بِي مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٞ فَلَا تُطِعۡهُمَآۚ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٨
Wawassaynal-insāna biwālidayhi husnan wa in jāhadāka litushrika bī mā laysa laka bihī 'ilmun falā tuti'humā ilayya marji'ukum fa unabbi'ukum bimā kuntum ta'malūn
Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağa səni məcbur etsələr, onlara tabe olma. Dönüşünüz Mənə olacaq, Mən də etdikləriniz barədə sizə xəbər verəcəyəm.
Təfsir
Biz insana valideynləri ilə gözəl davranmağı və onlara yaxşılıq etməyi buyurduq. Ey İnsan! Əgər valideynlərin bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr - Səd bin Əbu Vaqqasın - Allah ondan razı olsun - anasının ona qarşı etdiyi kimi - onda onların əmrinə tabe olma. Çünki Xaliqə asilik saylan bir işdə məxluqa itaət etmək olmaz. Qiyamət günü dönüşünüz yalnız Mənə olacaqdır. Mən də dünyada ikən etdiyiniz bütün etdiklərinizi sizə bildirəcəyəm və sizə əməllərinizin əvəzini verəcəyəm!