وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَنُكَفِّرَنَّ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَنَجۡزِيَنَّهُمۡ أَحۡسَنَ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ٧
Walladhīna āmanū wa'amilus-sālihāti lanukaffiranna 'anhum sayyi'ātihim walanajziyannahum ahsanal-ladhī kānū ya'malūn
İman gətirib saleh əməllər edənlərin, əlbəttə ki, günahlarını bağışlayarıq və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.
Təfsir
İman gətirib, başlarına gələn müsibətlərə səbir edənlər və yaxşı əməllər edənlərin günahlarını əlbəttə ki, etdikləri yaxşı əməlləri ilə siləcəyik və axirət də onları dünya da ikən etdikləri yaxşı əməllərin daha yaxşısı ilə mükafatlandıracağıq.