Al-'Ankabut surəsi, ayə 64

29:64

وَمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَهۡوٞ وَلَعِبٞۚ وَإِنَّ ٱلدَّارَ ٱلۡأٓخِرَةَ لَهِيَ ٱلۡحَيَوَانُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٦٤

Wamā hādhihil-hayawātud-dunyā illā lahwun wala'ibun wa innad-dāral-ākhirata lahiyal-hayawānu law kānū ya'lamūn

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əbədi həyatdır. Kaş ki, biləydilər!

Təfsir

Bu dünya həyatı - içindəki ləzzət və zövq-səfalarla birlikdə - qəlbi ona bağlı olan kimsələr üçün əylən­cə və oyundan başqa bir şey deyildir. Davamlı olmayan, tükənən nemətlərdir. Axi­rət yurdu isə, əbədi olduğuna görə, həqiqi həyatdır. Kaş, əbədi nemətləri fani dünya həyatına dəyişdiklərini bi­ləydi­lər!