Al-'Ankabut surəsi, ayə 65

29:65

فَإِذَا رَكِبُواْ فِي ٱلۡفُلۡكِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ إِذَا هُمۡ يُشۡرِكُونَ ٦٥

Fa idhā rakibū fil-fulki da'awullāha mukhlisīna lahud-dīna falammā najjāhum ilal-barri idhā hum yushrikūn

Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona (ixlasla) dua edərlər. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar.

Təfsir

Müşriklər gəmiyə minib dənizə çıxdıqları zaman, dini yalnız Allaha məxsus edə­rək, Ona yalvarır­lar ki, onları suya qərq olmaqdan qorusun. Allah onları bu təhlükədən xilas etdikdən sonra isə, yenə Ona şərik qoşur, Onunla yanaşı başqa ilahlara da yalvarırlar.