Al-'Ankabut surəsi, ayə 63

29:63

وَلَئِن سَأَلۡتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ مَوۡتِهَا لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ ٦٣

Wala'in sa'altahum man nazzala minas-samā'i mā'an fa ahyā bihil-arda mim ba'di mawtihā layaqūlunnallāhu qulil-hamdu lillāhi bal aktharuhum lā ya'qilūn

Əgər onlardan: “Göydən su endirib onunla yeri öldükdən sonra canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların əksəriyyəti (bunu) başa düşmür.

Təfsir

Ey Peyğəmbər! Əgər sən müşriklərdən: “Göy­dən yağış endirib onunla qurumuş yeri canlan­dı­ran kimdir?”– deyə so­ruşsan, onlar müt­ləq: “Göydən yağışı endirən və yeri canlandıran Allahdır!”– de­yə­cəklər. Ey Peyğəmbər! De: “Həmd, sizin əleyhinizə ortaya dəlil-sübut qoyan Allaha məxsusdur!” Lakin nəticə budur ki, on­ların çoxu anllamır. Əgər anlasaydılar, fayda və ya zərər verməyə qadir olmayan bütləri Allaha şərik qoşmazdılar.