Al-'Ankabut surəsi, ayə 61

29:61

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ ٦١

Wala'in sa'altahum man khalaqas-samāwāti wal-arda wasakkharash-shamsa wal-qamara layaqūlunnallāhu fa annā yu'fakūn

Əgər onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də (haqdan) döndərilirlər!

Təfsir

Ey Peyğəmbər! Əgər sən o müşriklərdən: “Göy­ləri yaradan kimdir? Ye­ri yaradan kimdir? Bir-birini təqib edən günəşi və ayı ram edən kim­dir?”– deyə soruşsan, onlar mütləq: “Bunları yaradan Allah­dır!”- deyəcəklər. Belə olduğu halda, necə olur ki, onlar tək Allaha iman gətirməkdən üz çevirib, Ondan başqa fayda və ya zərər verməyə qadir olmayan ilahlara ibadət edirlər?!