Al-'Ankabut surəsi, ayə 60

29:60

وَكَأَيِّن مِّن دَآبَّةٖ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٦٠

Waka'ayyim min dābbatil lā tahmilu rizqahallāhu yarzuquhā wa iyyākum wahuwas-samī'ul-'alīm

Neçə-neçə canlı var ki, ruzisini (əldə edə) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.

Təfsir

Neçə-neçə - sayı çox olan - canlılar var­ ki, nə ru­zi­sini bir yerə toplamağa, nə də onu öz yanında daşımağa qadirdir. Onların da, sizin də ru­zinizi Allah verir. Odur ki, aclıqdan qorxub hicrəti tərk etməyinizdə sizin üçün heç bir üzür yoxdur. O sizin dediklərinizi eşidir, niyyətlərinizi və əməllərinizi də bilir. Bunlardan heç biri Allahdan gizli qalmaz və bunların əvəzini sizə verəcəkdir.